19 Okt 2026, Be

Rusiya Odessada “Novaya poçta”nın terminalına zərbə endirib

PAYLAŞIN:

Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki “Novaya poçta”nın terminalına zərbə endirib.

Paraqraf.com xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” kanalında məlumat verib.

“Zərbədən sonra obyektdə baş verən yanğın artıq söndürülüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”, – o yazıb.

O.Kiperin sözlərinə görə, bütün müvafiq xidmətlər zərbənin endirildiyi ərazidədir.

 

Paraqraf.com 

Loading