19 Okt 2026, Be

Füzulidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

PAYLAŞIN:

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, hadisə rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading