19 Okt 2026, Be

“Böyük Dəbilqə”: Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaq

PAYLAŞIN:

Azərbaycanın daha beş cüdoçusu İsveçrənin Lozanna şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaq.

Paraqraf.com-un məlumatına görə, yarışın ikinci günündə Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə və Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.

Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

 

Paraqraf.com 

Loading