19 Okt 2026, Be

ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib

PAYLAŞIN:

ABŞ-nin Nevada ştatının şimalında baş verən Hawk meşə yanğınının sahəsi bir gün ərzində 3,2 min hektara qədər genişlənib.

Paraqraf.com-un “ABC News”a istinadən verdiyi məlumata görə, yanğın Reno şəhəri yaxınlığında başlayıb və təxminən min evi təhlükə altına qoyub.

Yanğının yayılması ilə əlaqədar hakimiyyət orqanları bəzi ərazilərin sakinlərinin təxliyəsinə qərar verib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard Edvardsın sözlərinə görə, külək səbəbindən alov yaşayış məntəqələrinə sürətlə yaxınlaşır və bu, yanğınsöndürənlər üçün əlavə çətinliklər yaradır.

 

Paraqraf.com 

Loading