19 Okt 2026, Be

Gəncədə 49 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir

PAYLAŞIN:

Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.

Paraqraf.com-un məlumatına görə, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.

49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala əsasən, qadının qətlində oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkfaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.

 

Paraqraf.com 

Loading