19 Okt 2026, Be

Çin XİN növbəti dəfə ABŞ və İranı danışıqlara çağırıb

PAYLAŞIN:

Çin Yaxın Şərqdə gərginliyin azaldılması üçün ABŞ və İranı yenidən dialoqa çağırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən sanksiyaların əleyhinədir.

“Hərbi gücün tətbiqi və təzyiq siyasəti yalnız heç kimin maraqlarına cavab verməyən eskalasiyaya gətirib çıxaracaq. Biz bütün tərəfləri müvafiq şəkildə hərəkət etməyə və fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq”, – o yazıb.

 

Paraqraf.com 

Loading