19 Okt 2026, Be

UEFA reytinqi: “Qarabağ”ın qələbəsi Azərbaycanın əmsalını artırıb

PAYLAŞIN:

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

Paraqraf.com-un məlumatına görə, bu, “Qarabağ”ın Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Ölkə hazırda 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. “Köhlən atlar”ın qələbəsi sayəsində Azərbaycanın hesabına daha 0,500 əmsal əlavə olunub.

Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Paraqraf.com

Loading