Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/SDU ilə Azedu.az Təhsil Portalı arasında beynəlxalq tanıtım və əməkdaşlıq istiqamətində müqavilə imzalanıb – FOTOLAR
ELM VƏ TƏHSİL

SDU ilə Azedu.az Təhsil Portalı arasında beynəlxalq tanıtım və əməkdaşlıq istiqamətində müqavilə imzalanıb – FOTOLAR

03 Avqust 2026
PAYLAŞIN:
Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azedu.az Təhsil Portalı arasında universitetin beynəlxalq tanıtımının gücləndirilməsi, əcnəbi tələbələrin cəlb olunmasının təşviqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli və Azedu.az MMC-nin təsisçisi Elşad Eyvazlı imzalayıblar.
Əməkdaşlıq müqaviləsinə əsasən, tərəflər universitetin təhsil, elm və innovasiya fəaliyyəti ilə bağlı məlumatların beynəlxalq informasiya məkanında sistemli şəkildə təqdim olunması, akademik nailiyyətlərin geniş auditoriyaya çatdırılması, kommunikasiya imkanlarının gücləndirilməsi və universitetin qlobal akademik mühitdə nüfuzunun artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda, beynəlxalq elmi platformalarda universitetin daha fəal təmsil olunması, innovativ layihələrin və elmi-tədqiqat nəticələrinin təşviqi, rəqəmsal kommunikasiya alətlərindən istifadə etməklə beynəlxalq auditoriya ilə səmərəli əlaqələrin qurulması nəzərdə tutulur.
Mərasimdə çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli bildirib ki, müasir ali təhsil sistemi qlobal rəqabət şəraitində inkişaf edir və universitetlərin uğuru yalnız tədris və elmi potensialı ilə deyil, həm də beynəlxalq əməkdaşlıq imkanları, innovativ idarəetmə yanaşmaları və qlobal akademik şəbəkələrdə fəallığı ilə müəyyən olunur.
Rektor vurğulayıb ki, Sumqayıt Dövlət Universitetində həyata keçirilən inkişaf strategiyası təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılmasına, rəqəmsal transformasiya proseslərinin genişləndirilməsinə, beynəlxalq akkreditasiya və keyfiyyət təminatı mexanizmlərinin tətbiqinə, eləcə də universitetin dünya ali təhsil məkanında rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlib.
Tədbirdə qeyd olunub ki, imzalanmış əməkdaşlıq müqaviləsi universitetin beynəlxalq kommunikasiya imkanlarının genişlənməsinə, yeni akademik və institusional tərəfdaşlıqların formalaşmasına, xarici tələbələr və tədqiqatçılar üçün cəlbediciliyinin artırılmasına, həmçinin Azərbaycan ali təhsilinin beynəlxalq platformalarda daha geniş təbliğinə mühüm töhfə verəcək.
Əməkdaşlıq müqaviləsi imzalandığı tarixdən etibarən üç il müddətinə qüvvədə olacaq.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Bu nazirliyin yeni vəzifələri müəyyənləşdi

Next

O, hər kəsin şairi idi…

Copyright 2026— Praqraf.com. All rights reserved