Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib
MANŞET

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

30 İyul 2026
PAYLAŞIN:

Çexiya Respublikasının paytaxtı Praqanın Köhnə Şəhər meydanında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib.

Paraqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Azərbaycan Diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qərbi Azərbaycan və Qarabağın zəngin tarixi-mədəni irsini, habelə bu ərazilərdə Azərbaycan xalqına məxsus memarlıq və mədəniyyət abidələrinin dağıdılması və məhv edilməsini əks etdirən 17 iriölçülü çap olunmuş fotoşəkil nümayiş etdirilib. Sərgidə təqdim olunan materiallar tarixi faktlara, arxiv sənədlərinə və etibarlı mənbələrə əsaslanaraq hazırlanıb.

Aksiyanın əsas məqsədi Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsini beynəlxalq ictimaiyyətə tanıtmaq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mədəni irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, tarixi həqiqətləri obyektiv şəkildə təqdim etmək, eləcə də mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətin həssaslığını artırmaq olub.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev, səfirliyin əməkdaşları, Çexiyanın SPD Partiyasının üzvləri Dr. Ing. Milan Urban və Sergey Zuyev, eləcə də Çexiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Aksiyada 20-dən artıq diaspor fəalı ziyarətçilərin məlumatlandırılmasında iştirak edib. Gün ərzində Praqanın mərkəzini ziyarət edən minlərlə yerli sakin və turist sərgi ilə tanış olub, onlara nümayiş etdirilən fotoşəkillər və tarixi faktlar barədə ətraflı məlumat verilib, məlumatlandırıcı materiallar təqdim olunub.

Tədbirdə iştirak edən SPD Partiyasının üzvləri Dr. Ing. Milan Urban və Sergey Zuyev sərgi ilə yaxından tanış olduqlarını bildirərək, tarixi faktlara əsaslanan materialların ictimaiyyətə təqdim edilməsini yüksək qiymətləndiriblər. Onlar bu cür maarifləndirici tədbirlərin tarixi yaddaşın qorunmasına, mədəni irsin təbliğinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Praqanın ən çox ziyarət olunan məkanlarından biri olan Köhnə Şəhər meydanında keçirilən aksiya yerli ictimaiyyət və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində minlərlə insan sərgini ziyarət edərək nümayiş etdirilən tarixi faktlar və fotoşəkillərlə tanış olub.

Aksiya “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, milli-mədəni dəyərlərin təbliği və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən mühüm diaspor təşəbbüslərindən biri kimi qiymətləndirilir.

 

Screenshot
Screenshot

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

Next

Nəriman Həsənzadə ilə vida mərasiminin vaxtı açıqlandı

Copyright 2026— Praqraf.com. All rights reserved