Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“UN-Habitat” işğaldan azad edilmiş iki kəndin ərazisinin planlaşdırılması sənədlərini hazırlayacaq
MANŞET

“UN-Habitat” işğaldan azad edilmiş iki kəndin ərazisinin planlaşdırılması sənədlərini hazırlayacaq

16 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan və BMT-nin Məskumlaşma Proqramı (“UN-Habitat”) arasında işğaldan azad edilmiş kəndlərin planlaşdırılması ilə bağlı saziş imzalanıb.

Paraqraf.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün Nyu Yorkda UN-Habitat-ın İcraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın yeni mərhələsini açan Saziş imzaladıq. İlk dəfə olaraq UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd yaşayış məntəqələrinin planlaşdırılması prosesinə birbaşa töhfə verəcək. Birgə layihə çərçivəsində Cəbrayıl rayonunun Quycaq, Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədləri hazırlanacaq. Bu tərəfdaşlıq “Böyük Qayıdış” Proqramının həyata keçirilməsinə töhfə verərək, doğma yurdlarına qayıdan vətəndaşlar üçün daha keyfiyyətli, dayanıqlı, insan mərkəzli yaşayış mühiti formalaşdırılmasını dəstəkləyəcək”, -deyə o qeyd edib.

Dövlət Komitəsinin yaydığı məlumatda isə deyilir ki, “Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi çərçivəsində beynəlxalq ekspertlər azərbaycanlı mütəxəssislərlə birlikdə işləyəcəklər. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.

“Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.

Bu təşəbbüs “Böyük Qayıdış”a dair II Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsini dəstəkləyəcək. UN-Habitat-ın beynəlxalq təcrübəsi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsində əldə etdiyi nailiyyətləri bir araya gətirən əməkdaşlıq müasir infrastrukturu, keyfiyyətli yaşayış mühitini və dayanıqlı məkan həllərini özündə birləşdirən yaşayış məntəqələrinin inkişafına xidmət edəcək. Beləliklə, vətəndaşların doğma yurdlarına təhlükəsiz, rahat və ləyaqətli qayıdışı üçün daha əlverişli şərait yaradılacaq”, – deyə məlumatda qeyd olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti cüzi bahalaşıb

Next

İlin I yarısında Azərbaycanda 15 nəfərə professor elmi adı verilib

Copyright 2026— Praqraf.com. All rights reserved