Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı ölüb
HADİSƏ

Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı ölüb

16 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Ucarda xəstəxanada ölüm hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, rayon sakini, 56 yaşlı hemodializ xəstəsi Nizami Hüseynov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

TƏBİB-dən yerli büronun sorğusuna cavab olaraq bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib:

“Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub.

Pasiyent müayinə edildikdən sonra reanimasiya tədbirlərinə başlanılıb. Ambu vasitəsilə süni tənəffüs, ürəyin qapalı masajı və zəruri medikamentoz reanimasiya tədbirləri həyata keçirilib. Təxminən 30 dəqiqə ərzində göstərilən intensiv reanimasiya tədbirləri tətbiq olunub. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və iyulun 15-i saat 14:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb

Next

Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved