19 Okt 2026, Be

Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb

PAYLAŞIN:

Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb.

Paraqraf.com xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayevi iyulun 15-də yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurub və o, hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading