Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 19 %-ə yaxın artırıb
İQTİSADİYYAT

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 19 %-ə yaxın artırıb

16 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin I yarısında Azərbaycan 493 milyon 955 min ABŞ dolları dəyərində 429 min 345 ton meyvə-tərəvəz ixrac edib.

Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 78 milyon 202 min dollar (18,8 %), həcm baxımından isə 26 min 948 ton (6,7 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Yanvar-iyun aylarında Azərbaycan həmçinin 177 milyon 616 min ABŞ dolları dəyərində 203 min 62 ton meyvə-tərəvəz idxal edib.

Bunlar da ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 1 milyon 192 dollar (0,6 %) , həcm baxımından isə 36 min 215 ton (15,1 %) azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın idxal xərclərinin 2,1 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və “UN-Habitat” WUF13 irsinin həyata keçirilməsinə başlayır

Next

Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək

Copyright 2026— Praqraf.com. All rights reserved