Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Kərəm Bürsinin ulduzu Sea Breeze Walk of Fame-də açıldı – FOTOLAR
MANŞETŞOU-BİZNES

Kərəm Bürsinin ulduzu Sea Breeze Walk of Fame-də açıldı – FOTOLAR

11 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Dünya şöhrətli türkiyəli aktyor Kərəm Bürsinin adına Sea Breeze Walk of Fame Ulduzlar Xiyabanında ulduzun açılış mərasimi keçirilib. Tədbirdə aktyoru Sea Breeze kurort-şəhərinin təsisçisi, iş adamı və musiqiçi Emin Ağalarov müşayiət edib.

Mərasim zamanı çıxış edən Kərəm Bürsin Bakıya ikinci dəfə gəldiyini bildirib. O, ilk səfərinin 12 il əvvəl film çəkilişləri ilə əlaqədar olduğunu xatırladaraq, paytaxtın gözəlliyinə və burada gördüyü qonaqpərvərliyə heyran qaldığını deyib.

Aktyorun gəlişi pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Yüzlərlə fanat onunla görüşmək və xatirə şəkli çəkdirmək üçün mərasimə toplaşıb. Tədbirdə ən yaddaqalan məqamlardan biri isə 15 yaşlı Aylin Hacıyevanın Kərəm Bürsindən avtoqraf almağı bacarması olub.

Aylin bildirib ki, o və anası aktyorun yaradıcılığını uzun illərdir izləyirlər:

“Kərəmi ilk dəfə ‘Günəşi Gözləyərkən’ serialında tanımışdıq. Sonra onun bütün serial və filmlərinə baxdıq. Hətta ‘Qapımı döy’ serialının çəkildiyi məkanları görmək üçün Türkiyəyə də getmişdik. Onu Bakıda canlı görmək bizim üçün böyük sevinc idi”.

Kərəm Bürsin “Günəşi Gözləyərkən”, “Şərəf Məsələsi”, “Bu Şəhər Arxanca Gələcək” və xüsusilə də “Qapımı döy” serialları ilə beynəlxalq məşhurluq qazanıb. O, həmçinin Seoul International Drama Awards mükafatında “Ən yaxşı aktyor” adına layiq görülüb və Türkiyənin nüfuzlu Altın Kelebek mükafatının qaliblərindəndir.

Aktyor səfəri çərçivəsində Sea Breeze-də ilk dəfə təşkil olunan IBA Champions’ Night beynəlxalq boks gecəsinin də fəxri qonağı olub. Turnirdə dünyanın tanınmış boksçularının iştirakı ilə altı maraqlı qarşılaşma keçirilib.

Qeyd edək ki, Sea Breeze Walk of Fame Azərbaycanda mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş ilk Ulduzlar Xiyabanıdır. Burada indiyədək Müslüm Maqomayev, Riki Martin, Uill Smit, Nikol Şerzinger, Devid Foster, In-Grid, Vaqif Mustafazadə və digər dünya şöhrətli sənət adamlarının adları əbədiləşdirilib. Xiyabanın gələcəkdə də yeni məşhurların ulduzları ilə zənginləşdirilməsi planlaşdırılır.

 kerem-bursin02

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SITA: Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir

Next

Əngəlləri deyil, insanlığı danışan bir əsər – “Səssiz Ümid”

Copyright 2026— Praqraf.com. All rights reserved