Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/21 yaşlı Fatiməni qətlə yetirən xalası oğlu saxlanıldı – VİDEO
HADİSƏ

21 yaşlı Fatiməni qətlə yetirən xalası oğlu saxlanıldı – VİDEO

11 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə baş vermiş qətldə təqsirləndirilən şəxs Batumi hava limanında saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Məlumata görə, saxlanılma Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxs bu il iyunun 27-də Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyatı üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Polis hadisədən dərhal sonra həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlinin şəxsiyyətini operativ şəkildə müəyyən edib və onu axtarışa verib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, bu il iyunun 27-də  Azərbaycan vətəndaşı 21 yaşlı Fatimə Kərimova xalası oğlu tərəfindən Gürcüstana qətlə yetirilib./Unikal/

https://www.youtube.com/watch?v=Ixm6aC5zQ1k

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AZAL yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu həyata keçirib

Next

Avropanın mərkəzində 8300-dən çox müsəlman niyə qətlə yetirilmişdi?

Copyright 2026— Praqraf.com. All rights reserved