Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam mühit formalaşır – ŞƏRH
ELM VƏ TƏHSİLMANŞET

Qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam mühit formalaşır – ŞƏRH

06 İyul 2026 2 Min Read
PAYLAŞIN:

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin təkmilləşdirilməsi artıq dövrün tələbidir. Bu gün internet uşaqlar üçün öyrənmək, ünsiyyət qurmaq və inkişaf etmək imkanı yaradır. Bununla yanaşı, onları kiberbullinq, zərərli məzmun, saxta məlumatlar, şəxsi məlumatların oğurlanması və onlayn istismar kimi risklərlə qarşı-qarşıya qoyur. Məhz buna görə də bu sahədə hüquqi mexanizmlərin gücləndirilməsini müsbət addım hesab edirəm. Qanun layihəsinin əsas məqsədi də uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz qorunmasını, platformaların məsuliyyətinin artırılmasını və valideyn nəzarətinin gücləndirilməsini təmin etməkdir.

Paraqraf.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova deyib.

O bildirib ki, dünya təcrübəsinə baxdıqda da oxşar yanaşmaların geniş yayıldığını görünür. Məsələn, Avstraliya yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edib, Fransa valideynin razılığı mexanizmini gücləndirib, Türkiyə isə yaş təsdiqi və platformaların məsuliyyətini artıran hüquqi addımlar atıb. Eyni zamanda, UNICEF vurğulayır ki, məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların hüquqlarını qorumaqla təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Uşaqlar internetdən faydalanmalı, lakin təhlükələrlə təkbaşına üz-üzə qalmamalıdırlar.

Günay Əkbərova vurğulayıb ki, qanun layihəsinə edilən dəyişikliklər valideynlər üçün mühüm üstünlüklər yaradır:“Təhlükəsizlik parametrlərinin tətbiqi, yaşa uyğun məzmunun təqdim olunması, istifadə müddətinə nəzarət və platformaların daha şəffaf işləməsi valideynlərin övladlarını qorumasını asanlaşdıracaq. Amma düşünürəm ki, ən güclü nəzarət texnologiya deyil, valideynlə övlad arasında qurulan etibarlı ünsiyyətdir. Uşaq internetdə qarşılaşdığı problemləri rahatlıqla valideyni ilə paylaşa bilməlidir. Fikrimcə, həmin qanun layihəsinin uğuru yalnız hüquqi mexanizmlərdən asılı olmayacaq. Paralel olaraq məktəblərdə rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və media savadlılığı daha geniş şəkildə tədris edilməlidir. Çünki uşağı təhlükədən qorumağın ən effektiv yolu təkcə qadağalar deyil, onun riskləri tanımasını və düzgün qərar verməsini öyrətməkdir. Məhz dünya təcrübəsi də göstərir ki, qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam və təhlükəsiz internet mühiti formalaşır”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah çimərliklərdə 25 dərəcə isti gözlənilir

Next

Azərbaycandakı osetinlər haqqında sənədli film hazırlanıb “Narın dənələri”: Bakıda yaşayan osetinlərin köklərinə səyahət

Copyright 2026— Praqraf.com. All rights reserved