Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək?
İQTİSADİYYATMANŞET

Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək?

05 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Rusiyada inflyasiya son 14 ilin ən yüksək səviyyəsinə çata bilər.

Rusiyada iyun ayı üzrə istehlak qiymətləri indeksi (CPI) ilə bağlı iyulun 10-da açıqlanacaq məlumatların illik inflyasiyanın may ayındakı 5,3 %-dən 6,0 %-ə yüksəldiyini göstərəcəyi gözlənilir.

Bu barədə “Bloomberg Intelligence”in iqtisadi məsələlər üzrə analitiki Ekaterina Vlasova yazıb:

“Biz aylıq ifadədə 0,85 %-lik artım gözləyirik ki, bu da 2012-ci ildən bəri iyun ayı üçün ən yüksək göstəricidir. Əsas hərəkətverici qüvvə benzindir, iyunda qiymətlər aylıq ifadədə təxminən 7 % artıb.

Buna Ukraynanın ən böyük neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində istehsalın azalması və yaranan çatışmazlıq səbəb olub. Hesablamalara görə, bu amil aylıq inflyasiyanı 0,3 faiz bəndi artırıb”. 

Ekaterina Vlasova qeyd edib ki, neft qiymətlərinin enməsi fonunda iyunun ortalarından etibarən rubl zəifləyib. Bu isə aprel və may aylarında istehlak qiymətləri indeksinin azalmasına səbəb olan dezinflyasiya təsirini aradan qaldırıb.

Ekspertin fikrincə, yanacaq böhranı təklif yönümlü şok olsa da, onun ümumi qiymətlərə və inflyasiya gözləntilərinə təsir göstərməsi ehtimalı yüksəkdir. Bu riskə Rusiya Mərkəzi Bankı da artıq diqqət çəkib.

Vlasova hesab edir ki, fiskal perspektivlər əsas problem olaraq qalsa da, yanacaq şoku tənzimləyicinin  mövqeyini gücləndirəcək və faiz dərəcələrinin daha da aşağı salınması imkanlarını məhdudlaşdıracaq.

Qeyd edək ki, Rusiyada yaşayan və orada çalışan azərbaycanlıların sayı kifayət qədərdir. Orada çalışan soydaşlarımızın bir çoxu əldə etdiyi gəlirin böyük hissəsini Azərbaycana, öz ailəsinə göndərirlər.

Rusiyada baş verən hər hansı problem, istər miqrasiya ilə bağlı qərarlar, istərsə də iqtisadi böhran azərbaycanlılar üçün çətinliklər yaradır.

Son günlər Rusiyada baş verən prosesləri nəzərə alsaq, mövcud iqtisadi şərait orada yaşayan azərbaycanlılara necə edə bilər və pulköçürmələrin azalması ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Paraqraf.com-a bildirib ki, Rusiyadan Azərbaycana pulköçürmələr kəskin şəkildə azalıb:

“Son iki ildir ki, biz bunu aydın şəkildə görürük. Hətta Türkiyədən, Avropa İttifaqı ölkələrindən pulköçürmələr Rusiyanı qabaqlayıb. Hazırda Rusiyadakı soydaşlarımızın iqtisadi vəziyyətinin çətinləşməsi ehtimalı getdikcə artır.

Çünki inflyasiya da yüksəlir, iqtisadi daralma var, ÜDM-ləri artmır. Ona görə də orada yaşayan soydaşalarımızın yaxın zamanlarda müəyyən iqtisadi problemlərinin olması mümkündür”.

Nigar Abdullayeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İrandan dəhşətli QİSAS ÇAĞIRIŞI

Next

Tünzalə Əliyevanın qardaşı vəfat etdi

Copyright 2026— Praqraf.com. All rights reserved