Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk” adlı sərgi açılıb
MƏDƏNİYYƏT

Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk” adlı sərgi açılıb

01 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk” adlı sərgi açılıb.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını əhatə edir.

Sərgi haqqında məlumat verən muzeyin direktoru Əminə Məlikova bildirib ki, ekspozisiyada təqdim olunan əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb.

Sonra Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Yunus Emrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, türkiyəli professor Şükrü Haluk Akalın və Türkiyə Milli Təhsil Nazirliyi Həyatboyu Öyrənmə Baş İdarəsinin mütəxəssisi Dilay Nakış çıxış edərək “Türk Dünyası Həftəsi”nin və sərginin əhəmiyyətini vurğulayıblar.

Sərgi iyulun 13-dək ziyarətçilər üçün açıq olacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ” yoxlama oyununda Ukraynanın “Xarkov” komandasına uduzub

Next

Tramp: İranla danışıqlar çox yaxşı keçir

Copyright 2026— Praqraf.com. All rights reserved