Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Qırğızıstan yanacaq-sürtkü materiallarının tədarükü ilə bağlı Azərbaycana müraciət edib
İQTİSADİYYAT

Qırğızıstan yanacaq-sürtkü materiallarının tədarükü ilə bağlı Azərbaycana müraciət edib

01 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Qlobal enerji bazarındakı qeyri-sabit vəziyyət fonunda Qırğızıstan yanacaq-sürtkü materiallarının davamlı tədarükünü təmin etmək məqsədilə Azərbaycana rəsmi müraciət göndərib.

Paraqraf.com Qırğızıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bənzər müraciətlər həmçinin Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistanın dövlət orqanlarının ünvanına da göndərilib.

Qurumun məlumatında qeyd edilib ki, bu tədbirlər yanacağın sabit tədarükünün qorunması və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir. Paralel olaraq tədarükün şaxələndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparılır: “Hazırda Qırğızıstanda kifayət qədər yanacaq-sürtkü materialları ehtiyatı formalaşdırılıb, tədarük isə əvvəllər bağlanmış müqavilələrə uyğun olaraq daimi əsasda həyata keçirilir və nəzarət altındadır”.

Qeyd olunub ki, Qırğızıstan yanacaq-sürtkü materiallarının əsas hissəsini idxal edir, buna görə də qlobal enerji bazarındakı dəyişikliklər, o cümlədən Yaxın Şərqdəki geosiyasi gərginlik, beynəlxalq logistikadakı risklər və dünyada neft qiymətlərinin artması ölkənin daxili bazarına təsir göstərir.

 

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib

Next

Azərbaycan qızıl ixracından gəlirini 38 %-dən çox artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved