Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul
SAĞLAMLIQ

Böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul

01 İyul 2026 2 Min Read
PAYLAŞIN:
Böyrəklər orqanizmdə qanın filtrasiyası, arterial təzyiqin tənzimlənməsi və maye balansının qorunmasında mühüm rol oynayır.
Paraqraf.com xəbər verir ki, “Prevention” nəşrinin yazdığına görə, diyetoloqlar və nefroloqlar böyrəklərin qorunması üçün düzgün qidalanmanın vacibliyini vurğulayırlar.
“Böyrəklərin əsas funksiyalarından biri maddələr mübadiləsi nəticəsində yaranan tullantıların orqanizmdən çıxarılmasıdır. Bəzi qidalardan yaranan tullantılar böyrəklər üçün digərlərinə nisbətən daha az yükləyici olur”, deyə diyetoloq Melanie Betz bildirib.
Mütəxəssislərə görə, xüsusilə böyrək xəstəlikləri olan və ya risk qrupuna daxil olan insanlar üçün düzgün qida seçimi daha böyük əhəmiyyət daşıyır.
Aşağıda böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul təqdim olunur:
1. Qaragilə (çernika)
Qaragilə güclü antioksidant olan antosianlarla zəngindir. “Nutrients” jurnalında dərc olunan araşdırmalara görə, bu maddələr hüceyrələri oksidativ stresdən və iltihabdan qoruyur. Nefroloq Blake Shusterman bildirir ki, qaragilədə kalium, fosfor və natriumun az olması onu böyrək xəstələri üçün təhlükəsiz meyvəyə çevirir.
2. Gül kələm
Gül kələm C vitamini, lif və iltihabəleyhinə maddələrlə zəngindir və böyrəklərə əlavə yük yaratmır. Nefroloq Stephanie Diaz qeyd edir ki, bu tərəvəz kartofa yaxşı alternativdir və aşağı kalium tərkibinə görə böyrək xəstələri üçün uyğundur.
3. Sarımsaq və göyərti
Sarımsaq tərkibindəki allisin maddəsi ilə iltihabı azaldır və arterial təzyiqin tənzimlənməsinə kömək edir. Rozmarin, kəklikotu, oregano, cəfəri və keşniş kimi göyərtilər yeməklərə duzsuz dad qataraq böyrəklərin qorunmasına dəstək verir.
4. Qırmızı bolqar bibəri
Qırmızı bibər kaliumu az olan tərəvəzlərdəndir və A, C, B6 vitaminləri ilə zəngindir. Tərkibindəki likopen güclü antioksidantdır və böyrək hüceyrələrini zədələrdən qorumağa kömək edir.
5. Zeytun yağı
Zeytun yağı monodoymamış yağlar və antioksidantlarla zəngindir, iltihabı azaldır. Ürək-damar sağlamlığını qorumaqla dolayı yolla böyrəklərə də müsbət təsir göstərir. Həmçinin tərkibində fosfor yoxdur.
6. Alma
Alma az kaliumlu meyvədir və liflə zəngindir. Oksidativ stresi azaldaraq böyrək funksiyasını dəstəkləyə bilər.
7. Üzüm
Qırmızı və bənövşəyi üzüm flavonoidlər və resveratrol kimi antioksidantlarla zəngindir. Araşdırmalar bu maddələrin damar sağlamlığını və böyrək funksiyasını yaxşılaşdıra biləcəyini göstərir.
8. Qızılbalıq
Qızılbalıq keyfiyyətli zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabı azaldır və böyrəklər üçün daha “yüngül” protein mənbəyi hesab olunur.
9. Ağ düyü
Ağ düyü fosfor və kaliumu az olan taxıldır və böyrək xəstələri üçün uyğun garnir sayılır. O, asan həzm olunur və orqanizmə enerji verir.
Mütəxəssislər qeyd edirlər ki, xüsusilə xroniki böyrək xəstəlikləri olan şəxslər zülal və mineral qəbulunu həkim nəzarəti altında tənzimləməlidirlər.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gecə istiliyinə qalib gəlmək: Ekspert ən yaxşı yuxu pozasını açıqladı

Next

Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)

Copyright 2026— Praqraf.com. All rights reserved