Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Aİ və Türkiyə Cənubi Qafqazda sülh üçün səyləri əlaqələndirməyə razılaşıb
DÜNYA

Aİ və Türkiyə Cənubi Qafqazda sülh üçün səyləri əlaqələndirməyə razılaşıb

01 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) və Türkiyə Cənubi Qafqazda sülh və rifahı təşviq etmək üçün səyləri əlaqələndirmək, o cümlədən nəqliyyat əlaqəliliyini, ticarət və iqtisadi əlaqələri gücləndirmək, həmçinin bu məqsədlərə nail olmaq üçün konkret addımları dəstəkləmək barədə razılığa gəlib.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas və avrokomissarlar Marta Kos və Maqnus Brunnerlə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Tərəflər, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhün dəstəklənməsinə sadiqliklərini təsdiqləyiblər. Avropa İttifaqı isə bütün dövlətlər tərəfindən Aİ sanksiyalarından yayınmanın qarşısının alınmasının zəruriliyini xatırladıb.

Görüş iştirakçıları Ankaranın Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunu xatırladaraq, Aİ ilə Türkiyə arasındakı münasibətlərin strateji əhəmiyyətini təsdiqləyiblər. Eyni zamanda, Avropa tərəfi Türkiyənin qanunun aliliyini gücləndirməsi, əsas hüquqların müdafiəsini təmin etməsi və yüksək demokratik standartlara riayət etməsi zərurətini vurğulayıb.

Bundan əlavə, tərəflər mövcud Gömrük İttifaqının təkmilləşdirilməsi və onun modernləşdirilməsi üçün şəraitin yaradılması istiqamətində işləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bəyanata əsasən, Türkiyənin Vahid Avro Ödənişləri Zonasına (SEPA) potensial qoşulması qarşılıqlı faydalı olardı və Avropa İnvestisiya Bankının Türkiyədəki əməliyyatlarının tədricən bərpası alqışlanır.

Danışıqlarda həmçinin Aİ və Türkiyə münasibətləri qlobal kontekstdə, o cümlədən Rusiya, Ukrayna, Yaxın Şərq, Afrika və Cənubi Qafqaz ətrafındakı vəziyyət müzakirə olunub və bunun yekunlarına əsasən, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələri və koordinasiyanı fəallaşdırmaq barədə razılığa gəlinib.

Təhlükəsizlik və müdafiə sahəsində tərəflər NATO-ya əlavə olaraq əməkdaşlığı genişləndirmək planlarını təsdiqləyiblər.

Danışıq iştirakçıları BMT Baş katibinin Kipr məsələsinin nizamlanması üzrə səylərini dəstəkləyib və ilin sonunadək iqtisadiyyat, ticarət, miqrasiya, təhlükəsizlik, səhiyyə, elm, innovasiyalar və kənd təsərrüfatı məsələləri üzrə yüksək səviyyəli dialoqun yeni raundlarını keçirmək barədə razılığa gəliblər.

Həmçinin viza məsələləri və Türkiyə vətəndaşlarına vizaların verilməsi prosedurları müzakirə edilib, miqrasiya, sərhədlərin idarə olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılıq əldə olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər

Next

Türkiyə gəmilərin Bosfor və Dardanel boğazlarından keçid haqqını 15 % artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved