Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda 4 ayda benzin və dizel yanacağının istehsalı artıb
İQTİSADİYYAT

Azərbaycanda 4 ayda benzin və dizel yanacağının istehsalı artıb

20 May 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 782,9 min ton dizel yanacağı istehsal edilib.

Paraqraf.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 7,8 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 % çoxdur.

Ötən 4 ay ərzində Azərbaycanda 18,1 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 4 ayı ilə müqayisədə 67,2 % azdır.

Ötən aylar ərzində Azərbaycanda 480,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 13,6 % çoxdur.

Hesabat dövründə 12,8 min ton sürtkü yağları, 40,2 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 3,2 % çox, neft bitumunun istehsalı isə 18,3 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 62,2 min ton maye qazlar, 164,2 min ton ağ neft, 81,6 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 27,7 % artıb, ağ neftin istehsalı 16,2 %, maye qazların istehsalı isə 13,5 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-ə yaxın artıb

Next

AQP: Azərbaycan tikinti sektorunda maya dəyəri 7 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved