Skip to content
12 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • Zahid Oruc: Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Zahid Oruc: Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

admin 12 May 2026 2 minutes read
1778573843_zahidoruc
PAYLAŞIN:

Sülhün əleyhinə olanlar ya Nikol Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar.

Paraqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun alternativlərinin heç biri Azərbaycanın zəfərinə və sülh müqaviləsinə zərbə vura bilməz:

“Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün “müharibə partiyası”nın seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi, İrəvanın da itirilməsi ilə nəticələnər.

Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxaran, “böyük” yox, “real Ermənistan”da yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər.

Prezident İlham Əliyevin Qarabağ Zəfəri Ermənistanı imperiya maraqları üçün istismar edən dövlətlərin qurduqları çoxəsrlik əsarətə də son qoyub. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur”.

Komitə sədri vurğulayıb ki, indi Azərbaycan ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yük daşımaların tranziti bərpa olunur:

“İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə son qoyur”.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatıb
Next: Deputat: Azad olunmuş ərazilərdə 85 minə yaxın vətəndaş məskunlaşıb və təhsil alır

OXŞAR MÖVZULAR

e8cee1bb-e3a3-3979-a11c-2751f8b5e4ae_1200

Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək

admin 12 May 2026
GBBbTVV3zA0JRFcz5nXeFsdcfr1Wq9c2SWaXWtJI_1200

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

admin 12 May 2026
qIWpqZY2R56lgi381oVmhtnFLLfV4njwkEaP29lh_1200

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib

admin 12 May 2026

XƏBƏR LENTİ

Azərbaycanda sənaye istehsalı cüzi artıb 992f508e-f450-3b4b-9aed-8b8076b41ce8_1200

Azərbaycanda sənaye istehsalı cüzi artıb

12 May 2026
Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb azerbaycan-ehalisinin-gelirleri-9-e-yaxin-artib-1778576232

Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb

12 May 2026
Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb manat13-69f9f026cd6fa-3

Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb

12 May 2026
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb fBFtQahDbd4l0DZGKoOwOYq4VMVJu0BAin8W5h7h_1200

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

12 May 2026
Azərbaycanın strateji valyuta ehtiyatları 15 % artıb KKYJaNvXebRBY59jsnuUFcGqe6Y9vp7d6mCrQrZg_1200

Azərbaycanın strateji valyuta ehtiyatları 15 % artıb

12 May 2026
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-ə yaxın artıb 1654694289636069622_1200x630

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-ə yaxın artıb

12 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.