Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Taleh Şahsuvarlıya dəstək: İTV yeni nəfəs qazana bilər
MANŞETÖZƏL

Taleh Şahsuvarlıya dəstək: İTV yeni nəfəs qazana bilər

12 May 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün Azərbaycanda ictimai medianın qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətə operativ, obyektiv və peşəkar informasiya təqdim etməkdir. Xüsusilə də dövlətin və xalqın həyatında baş verən mühüm proseslərin düzgün şəkildə ictimaiyyətə çatdırılması İctimai Televiziyanın üzərinə böyük məsuliyyət qoyur. Tamaşaçı isə haqlı olaraq İTV ekranında həm ciddi təhlillər, həm milli maraqları qoruyan mövqe, həm də peşəkar jurnalistika görmək istəyir.

Məhz bu baxımdan Taleh Şahsuvarlının İctimai Televiziyanın baş direktoru vəzifəsinə namizədliyi diqqətçəkən və ümidverici seçim kimi görünür.

Uzun illər media sahəsində fəaliyyəti ilə tanınan Taleh Şahsuvarlı Azərbaycan jurnalistikasında özünəməxsus dəsti-xətti ilə seçilən peşəkar simalardandır. Onun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri dövlətçilik mövqeyini hər zaman qətiyyətlə qoruması, milli maraqlarla bağlı məsələlərdə prinsipial mövqe nümayiş etdirməsidir. O, yalnız media nümayəndəsi deyil, həm də fəlsəfə, tarix və hüquq sahəsində bilikləri ilə seçilən ziyalı obrazına malikdir.

Müasir dövrdə ictimai televiziya sadəcə xəbər platforması deyil, həm də milli düşüncənin, ictimai dialoqun və maarifçiliyin əsas tribunasına çevrilməlidir. Taleh Şahsuvarlının rəhbərliyi altında İTV-nin daha dinamik, cəmiyyətin problemlərinə həssas yanaşan və müxtəlif sahələri əhatə edən platformaya çevriləcəyinə inanmaq üçün kifayət qədər əsas var.

Xüsusilə regionların problemləri, kənd təsərrüfatı, sosial məsələlər, gənclərin maarifləndirilməsi və milli ideologiyanın təbliği istiqamətində yeni layihələrin hazırlanması ictimai televiziyanın cəmiyyətlə bağlarını daha da gücləndirə bilər. Bu isə yalnız peşəkar idarəçilik və milli düşüncəyə sahib rəhbərlə mümkündür.

Taleh Şahsuvarlı illərdir ictimai müzakirələrdə fəal iştirak edən, vətəndaş cəmiyyəti təşəbbüslərinə dəstək verən və cəmiyyətin fərqli təbəqələri ilə dialoq qurmağı bacaran şəxslərdən biridir. Belə bir kadrın İTV-yə rəhbərlik etməsi həm media mühitinə, həm də ictimai fikrin sağlam formalaşmasına müsbət təsir göstərə bilər.

İnanıram ki, İctimai Teleradio Yayım Şurası seçim zamanı peşəkarlıq, dövlətçilik və ictimai etimad faktorlarını əsas götürəcək və İTV-nin gələcək inkişafı üçün doğru qərar veriləcək.

 

Həsən Məmmədov
Jurnalist, siyasi şərhçi

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Next

“Sabah” və “Zirə” komandaları 31-ci dəfə üz-üzə gələcəklər

Copyright 2026— Praqraf.com. All rights reserved