Skip to content
11 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 11
  • Ukrayna cəbhədə vəziyyətin sabitləşdiyini bildirib və Aİ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb

Ukrayna cəbhədə vəziyyətin sabitləşdiyini bildirib və Aİ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb

admin 11 May 2026 3 minutes read
Dtk4J94FABvnHI9U8t0scgpRiF4mZ9vvuAebcQfE_1200
PAYLAŞIN:

Ukrayna “ən ağır qış”dan sonra cəbhə xəttində vəziyyəti sabitləşdirə bilib və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndiriləcəyinə, eləcə də Avropaya inteqrasiya üzrə danışıqların ilk klasterinin açılacağına ümid edir.

Paraqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

“Ukrayna ən ağır qışdan sonra daha da güclənib. Biz bu qışı, əlbəttə ki, beynəlxalq tərəfdaşlarımızın köməyi ilə geridə qoya bildik. Cəbhədə vəziyyəti sabitləşdirdik”, – Sibiqa jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri hazırda Rusiyanın Ukraynaya hücum etdiyi hava obyektlərini, o cümlədən dronların 90%-ni vurmağa qadirdir.

Nazir, həmçinin bildirib ki, Kiyev “çox effektiv xüsusi uzaqmənzilli sanksiyalar” həyata keçirir və bunlar “işə yarayır”. O qeyd edib ki, Ukrayna tərəfi Rusiyada, özü də təkcə iqtisadiyyatda deyil, “maraqlı proseslər”i qeydə alır və bunu Moskvaya təzyiqlərin davam etdirilməsi üçün siqnal hesab edir.

“Məhz buna görə mən buradayam – həmkarlarımla yeni sanksiya paketlərini müzakirə etmək üçün”, – Ukrayna XİN rəhbəri vurğulayıb.

Sibiqa bildirib ki, Brüsseldəki görüşlərdə sülh səylərini və Ukrayna ətrafındakı diplomatik prosesdə Avropanın mümkün yeni rolunu müzakirə etmək niyyətindədir.

“Bizim ABŞ-nin liderliyi altında əsas danışıqlar trekimiz var və bu liderliyə ehtiyacımız var. Lakin Avropa da yeni rol oynaya bilər”, – o bildirib və əlavə edib ki, söhbət “alternativ deyil, tamamlayıcı diplomatik trekdən” gedir.

Nazir, həmçinin bildirib ki, Macarıstandakı seçkilərdən sonra Kiyev Budapeştlə münasibətlərdə yeni dinamikaya və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların irəliləməsinə ümid edir.

Sibiqanın sözlərinə görə, Aİ Ukraynanın makromaliyyə sabitliyi və müdafiə imkanlarının gücləndirilməsi, o cümlədən dron istehsalı və növbəti qışa hazırlıq üçün kritik əhəmiyyət kəsb edən 90 milyard avroluq krediti blokdan çıxarıb.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gürcüstan yeni Katolikos-Patriarxını seçir
Next: Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

OXŞAR MÖVZULAR

119139

Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq

admin 11 May 2026
vdBX6fw6zSL5t7gaMV6wi9byPMdCYT6PziJ1x4jQ_1200

Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb

admin 11 May 2026
YxjH2U9DlzSPSBSNAdMIDXSIn0DjnABV62h46AHN_1200

İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

admin 11 May 2026

XƏBƏR LENTİ

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur” IMG-20260511-WA0006

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”

11 May 2026
Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı IMG-20260511-WA0004

Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı

11 May 2026
ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb” IMG-20260511-WA0003

ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb”

11 May 2026
Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO IMG_7137

Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO

11 May 2026
Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq 119139

Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq

11 May 2026
Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb vdBX6fw6zSL5t7gaMV6wi9byPMdCYT6PziJ1x4jQ_1200

Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb

11 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.