Fransanın səhiyyə naziri Stefani Rist “MV Hondius” kruiz gəmisindən təxliyə edilən Fransa vətəndaşında hantavirusa yoluxma halının təsdiqləndiyini bildirib.
Paraqraf.com xəbər verir ki, bu barədə o “France Inter”in efirində bildirib.
Nazir qeyd edib ki, Fransaya qayıtdıqdan sonra qadında xəstəlik simptomları yaranıb, aparılan PCR-testləri isə müsbət nəticə verib.
Ristin sözlərinə görə, pasiyent yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
Həmçinin bildirilib ki, “MV Hondius”dan Fransaya qayıdan daha dörd fransız sərnişin təcrid olunub. Səhiyyə Nazirliyinin rəhbəri qeyd edib ki, onlar “növbəti göstərişə qədər” ixtisaslaşdırılmış palatalara yerləşdiriliblər.
Bu sərnişinlərdə hantavirus testləri mənfi nəticə verib. Bir neçə gündən sonra onlar təkrar testdən keçəcəklər.
Stefani Rist qeyd edib ki, bu, Fransada hantavirusa ilk təsdiqlənmiş yoluxma halıdır.
Paraqraf.com
![]()
