Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstan yeni Katolikos-Patriarxını seçir
DÜNYA

Gürcüstan yeni Katolikos-Patriarxını seçir

11 May 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstan Pravoslav Kilsəsinin yeni – 142-ci Katolikos-Patriarxı bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilir.

Paraqraf.com xəbər verir ki, tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb.

Şurada təxminən 1200 nümayəndə iştirak edir.

İclas çərçivəsində patriarxal taxt-taca namizədlərin çıxışları, yeparxiya nümayəndələrinin məruzələri və Gürcüstan Katolikos-Patriarxı titulunun tarixi ilə bağlı təqdimat nəzərdə tutulub. Tədbirin bir hissəsi Gürcüstanın Birinci Kanalı vasitəsilə canlı yayımlanır.

Səsvermədə yalnız patriarxlar iştirak edir. Yeni Katolikos-Patriarx seçilmək üçün namizəd ən azı 20 səs toplamalıdır. Əgər ilk turda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etməzsə, ən çox səs qazanan iki namizəd arasında ikinci tur keçiriləcək.

Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili)dir.

Məlumata görə, ilkin səsvermədə Şio (Mujiri) 20 səs toplayıb. Digər iki namizədin hər biri isə 7 səs əldə edib.

Yeni Patriarxın taxta çıxma tarixinin də bu gün açıqlanacağı gözlənilir. Qərarı seçilmiş Patriarx özü müəyyən edəcək.

Qeyd edək ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Marqus Tsahkna Aİ-ni Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbulunu sürətləndirməyə çağırıb

Next

Ukrayna cəbhədə vəziyyətin sabitləşdiyini bildirib və Aİ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb

Copyright 2026— Praqraf.com. All rights reserved