Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Paraqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə – Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ-2106” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.
Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 3 times, 3 visit(s) today
