Skip to content
09 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 9
  • WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün təlim keçirilib

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün təlim keçirilib

admin 09 May 2026 2 minutes read
f6vWS4Osg8NONRuqG6uDSsQ35Ti74wqyBZKKTgfk_1200
PAYLAŞIN:

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində gənclərin dayanıqlı şəhər inkişafına cəlb olunması məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Qarabağ Universitetinin tələbələrinə Forumun məqsədləri, ölkəmiz üçün əhəmiyyəti, eləcə də gənclər üçün maraq doğuran mövzular barədə ətraflı məlumat verilib.

Bu barədə Paraqraf.com-a WUF13-ün təşkilat komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gəncləri dayanıqlı şəhər inkişafı və müasir idarəetmə yanaşmaları barədə məlumatlandırmaq, həmçinin onların bu proseslərə daha fəal şəkildə cəlb olunmasını təmin etməkdir.

Tədbir çərçivəsində “Dayanıqlı Layihə İdarəetməsi” mövzusunda interaktiv təlim təşkil olunub və Layihə Düşüncə Məktəbinin ekspertləri dayanıqlı layihə idarəetməsi sahəsində öz praktiki təcrübə və biliklərini bölüşüblər. İştirakçılar real tapşırıqlar üzərində işləyərək layihələrin idarə olunması prosesini interaktiv şəkildə tətbiq etmək imkanı əldə ediblər.

Bununla yanaşı, tələbələr strateji qərarvermə və planlama, eləcə də komanda işi bacarıqlarının inkişafına yönəlmiş, beynəlxalq səviyyədə tanınan interaktiv “Sea Wolf Game” biznes simulyasiyasında iştirak ediblər. Üç saat davam edən vorkşopun sonunda qalib komandalar və fəal iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıblar.

Tədbirin əsas hədəfi Qarabağ regionunda müasir idarəetmə yanaşmalarını təşviq etmək və gəncləri “Green Project Management P5” (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) prinsipləri ətrafında maarifləndirməkdir. Bu yanaşma gələcək layihələrdə həm biznes səmərəliliyini, həm də sosial məsuliyyət və ətraf mühitin qorunmasını bir araya gətirməyə xidmət edir.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Next: Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb

OXŞAR MÖVZULAR

9mqFksfZStrxhmWgumAug2GPABz8A9P2THWKeHA9_1200

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

admin 09 May 2026
2bVtLts1SLO8RoJFqwyIw3KjYAGNv0KkAjezyKHY_1200

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

admin 09 May 2026
4E5iXcRg3l08RTZZpffbqT9TG5MpZSiXa2SHT8qW_1200

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

admin 09 May 2026

XƏBƏR LENTİ

Naxçıvanda bank hesablarının sayı 72 %-dən çox artıb Tg5EaeXzABA42POvCd92KAnEBQkykSyeQV32m5DI_1200

Naxçıvanda bank hesablarının sayı 72 %-dən çox artıb

09 May 2026
Sabah 28 dərəcə isti olacaq JdiAOs1JmYl9945QyO9DSbOxAImViSFjJBvrUwtY_1200

Sabah 28 dərəcə isti olacaq

09 May 2026
Tramp hantavirusun araşdırılması ilə bağlı aktiv tədqiqatın aparıldığını açıqlayıb eaKE38gvmJbdbzlVk1gOCG4rOG26gzWCmhAb1Bvg_1200

Tramp hantavirusun araşdırılması ilə bağlı aktiv tədqiqatın aparıldığını açıqlayıb

09 May 2026
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb e8f6e99b-8325-34a8-aa8a-7935b62f4873_1200

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

09 May 2026
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb HWW7TixdGisAXFQORMRvXvddZmh8TLK3zFAMTQEJ_1200 (2)

Azərbaycan nefti 4 %-dən çox bahalaşıb

09 May 2026
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb 9e0a5d16-246b-307a-ab26-7a47aa17c2de_1200

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb

09 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.