Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib
MANŞET

SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib

08 May 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) tədbir keçirilib.

Paraqraf.com şirkətə istinadən xəbər verir ki, əvvəlcə SOCAR-ın Baş ofisində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək xalqımızın taleyində dönüş yaradan, dövlətçilik tariximizdə silinməz iz qoyan böyük və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın mürəkkəb tarixi sınaqlardan uğurla çıxarılması, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyasının xüsusi yer tutduğunu söyləyən SOCAR prezidenti “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji strategiyasının Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdığını, ölkəmizin beynəlxalq enerji xəritəsində mövqeyini daha da gücləndirdiyini qeyd edib.

R. Nəcəf Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini bildirib. Dövlətimizin başçısının qətiyyətli rəhbərliyi ilə tarixinin ən şanlı zəfərlərinə imza atan Azərbaycan bu gün regionda sabitlik, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yaradır. Ölkəmiz bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada strateji layihələri və təşəbbüsləri uğurla reallaşdıran qabaqcıl dövlətlər sırasında yer tutur.

Görkəmli neftçi, qazmaçı İsrafil Hüseynovun qızı Gülnarə Hüseynova tədbirdə çıxış edərək Ulu Öndərin neftçilərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan, atasının Ümummilli Lider ilə bağlı xatirələrindən danışıb.

“SOCAR Upstream Operations Management” şirkətində İstismar əməliyyatları üzrə qrup rəhbəri Elmir Qocayev çıxışında Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlardan bəhs edib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, neft sənayemizin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx müxtəlif müsabiqələrin qalibi İsmayıl Zülfüqarovun tarda müşayiəti ilə nümayiş etdirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Əvvəlcə “Ritm” rəqs qrupunun ifasında milli rəqs nümunəsi təqdim olunub. Azərbaycanın Xalq Artisti Samir Cəfərov Ulu Öndərin sevdiyi, Vətənə məhəbbəti tərənnüm edən müxtəlif musiqi nömrələrini ifa edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

Next

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

Copyright 2026— Praqraf.com. All rights reserved