20 Okt 2026, Ça

Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb

PAYLAŞIN:

Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib.

Paraqraf.com xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib.

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.

Qazın verilişinin yaxın saatlarda bərpa olunması planlaşdırılır.

 

Paraqraf.com 

Loading