Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/BMT-nin Beynəlxalq Miqrasiya Forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib
SİYASƏT

BMT-nin Beynəlxalq Miqrasiya Forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib

08 May 2026 1 Min Read
PAYLAŞIN:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda (Forum) 42 ölkəni birləşdirən “Çempion ölkələr” təşəbbüsü adından birgə bəyanatla çıxış etmək hüququ Azərbaycana həvalə edilib.

Bu barədə Paraqraf.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, BMT-yə üzv dövlətlərin miqrasiya məsələlərinə məsul yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyanatlar dinlənilib.

Sessiya zamanı “Çempion ölkələr” təşəbbüsünə daxil olan dövlətlər adından bəyanatla çıxış edən DMX sədri Vüsal Hüseynov miqrasiya sahəsində qlobal çağırışların həlli üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Miqrasiya üzrə Qlobal Paktın təşviqi və bu istiqamətdə görülməsi zəruri olan məsələləri diqqətə çatdırıb.

Daha sonra V.Hüseynov sessiyada milli bəyanat səsləndirib, 2022-ci ildə keçirilmiş ilk Forumdan ötən dövr ərzində Azərbaycanın miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətlər, eləcə də sahə üzrə prioritet məsələlər barədə çıxış edib. DMX sədri çıxışında, həmçinin Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Azərbaycanın milli, regional və beynəlxalq müstəvidə verdiyi töhfələri diqqətə çatdırıb.

Plenar iclasın sonunda BMT-nin üzv dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

Bununla yanaşı, DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniyels ilə görüşüb. Görüş zamanı təşkilat ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub. V.Hüseynov Azərbaycanın 2026-cı il üçün “Çempion ölkələr” təşəbbüsünə həmsədrliyi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Next

İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib

Copyright 2026— Praqraf.com. All rights reserved