20 Okt 2026, Ça

Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayı azalıb

PAYLAŞIN:

Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 6 körpə doğulub.

Bu barədə Paraqraf.com-a Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nikahdan əvvəl müayinələrin aparılması nəticəsində bu göstəricinin uzunmüddətli dövrdə azalma meyli qorunur.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 31 nəfər olub.

Xatırladaq ki, hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

 

Paraqraf.com 

Loading