Skip to content
08 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 8
  • Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb

admin 08 May 2026 3 minutes read
2eUqPhxB5PZSDS5fLCMHQtmikfMuTzzVfIlTw9Gb_1200
PAYLAŞIN:

Santyaqo şəhərində Azərbaycan və Çili Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin II raundu keçirilib.

Bu barədə Paraqraf.com-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələr mayın 6-7-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çiliyə səfəri çərçivəsində baş tutub.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çili tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Patrisio Torres başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə, ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda tərəflər arasında ADA Universiteti ilə Çilinin “Andres Bello” Diplomatik Akademiyası arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Çili xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Paula Estevez Vaynştayn ilə görüşüb. Aparılmış müzakirələr zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi imkanlarına bir daha nəzər yetirərək, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Azərbaycandan olan nümayəndə heyəti, həmçinin Çili Milli Konqresi Senatının vitse-prezidenti (sədr müavini) İvan Moreira və Çili Milli Konqresi Senatının Xarici Əlaqələr Komissiyasının prezidenti Manuel Xose Ossandon, Çili Milli Konqresi Senatında Parlamentlərarası dostluq qrupunun yeni sədri, senator Roxo Edvards, Dostluq Qrupunun yeni üzvləri ilə görüşlər keçiriblər.

Aparılmış müzakirələr zamanı iki ölkə arasında parlament diplomatiyasının təşviqi, bu çərçivədə ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafına qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən “Andres Bello” Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib
Next: Azərbaycan və Monteneqro parlament sədrlərinin görüşü olub

OXŞAR MÖVZULAR

F6AyF5ONeM5hplqj9397jM663XV9SexKyHuBQyKo_1200

XİN: Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir

admin 08 May 2026
df0dce8b-2f0f-304b-9ae0-5913fee47eef_1200

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

admin 08 May 2026
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

İlham Əliyev Roma Papasını təbrik edib

admin 08 May 2026

XƏBƏR LENTİ

Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayı azalıb 9igusml9XLOTEHZNUiCqKysHFtJzK0i4nsgVRVcG_1200

Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayı azalıb

08 May 2026
Sabah 27 dərəcə isti gözlənilir g6mZd4RlDKYw0t813GgAeuqblLCrvpNLmUpscuYn_1200

Sabah 27 dərəcə isti gözlənilir

08 May 2026
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb 8Bkuxx1vmEih6TfSdPp2Uo6sN6bJUrBuzokUcW19_1200

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb

08 May 2026
Xudatda keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq edib 3ce7fe36-7d87-383a-bc5a-505590abc6cb_1200

Xudatda keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq edib

08 May 2026
Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır iqhiNLMUEoOXGMyfKUAuTmFB576Gyy03ywiDkYEn_1200

Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır

08 May 2026
Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb qXYEP4QgRBpjPqYEaHR53R313bqNZ8p3Mrpth5w9_1200

Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb

08 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.