Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın altı cüdoçusu “Böyük Dəbilqə” turnirinin ilk günündə mübarizəyə başlayır
İDMAN

Azərbaycanın altı cüdoçusu “Böyük Dəbilqə” turnirinin ilk günündə mübarizəyə başlayır

08 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayır.

Paraqraf.com-un məlumatına görə, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.

Kişilər

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Hyonu An (Koreya)

Turan Bayramov – Matteo Piras (İtaliya)

Qadınlar

48 kq, 1/16 final

Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final

Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final

Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

Xatırladaq ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

Next

Moskva Ukraynanı faşizm üzərində qələbə günü ilə bağlı elan edilən atəşkəsi pozmaqda günahlandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved