Screenshot
Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib.
Paraqraf.com xəbər verir ki, tədbir Rəsul Rzanın Ev Muzeyində keçirilib. Gecədə Xalq artisti qonaqlar qarşısında xüsusi musiqi proqramı ilə çıxış edib.
Sənətçinin ifası zamanı onu Səməd Vurğunun nəvəsi fortepianoda müşayiət edib. Tünzalə Ağayeva sözləri Səməd Vurğuna, musiqisi özünə aid olan “Xavərim” mahnısını səsləndirərək tədbirə xüsusi ovqat qatıb.
Xalq artisti həmçinin sözləri Nigar Rəfibəyliyə, musiqisi isə Emin Sabitoğluna məxsus “Neyləyim” mahnısını canlı ifa edib. İfa iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
https://youtube.com/shorts/AMHshbujGVY?si=dA8AQ0k1Do4_1ZKF

Paraqraf.com
![]()
