UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.
Paraqraf.com-un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Frayburq Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb – 2:1.
Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda “Nottinqem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
