Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Fars”: İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni “aydın yol xəritəsi”ni ehtiva edir
DÜNYA

“Fars”: İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni “aydın yol xəritəsi”ni ehtiva edir

03 May 2026 2 Min Read
PAYLAŞIN:

İranın hərbi əməliyyatların tam dayandırılması haqqında Pakistan vasitəsilə ABŞ-yə ötürülən təklifi 14 bənddən ibarətdir və Tehranın tələblərindən əlavə, razılaşmaya nail olmaq üçün “aydın yol xəritəsi”ni də özündə ehtiva edir.

Paraqraf.com xəbər verir ki, bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, İslam Respublikası sözügedən sənədi ABŞ-nin daha əvvəl daxil olmuş doqquz bənddən ibarət təşəbbüsünə cavab olaraq hazırlayıb.

Digər təfərrüatlar hələlik paylaşılmayıb.

Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib ki, İran Pakistan vasitəsilə ABŞ-yə münaqişənin nizamlanması üzrə yeni plan ötürüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

Next

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved