Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir
SİYASƏT

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

01 May 2026 1 Min Read
PAYLAŞIN:

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprelda Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak edib.

Paraqraf.com Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Büronun İdarə Heyətinin sədri Florian Zenqstşmid Meksikanın Turizm Katibliyinin Təbliğat, İnnovasiya, Dayanıqlılıq və Turizm Peşəkarlığının Artırılması üzrə rəhbəri Miqel Aqinya Rodrigez, eləcə də Meksika Turizm Assosiasiyaları Federasiyasının (FEMATUR) Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arnau Avila ilə ikitərəfli görüşlər keçirib.

Turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.

Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyasının “Tianguis Turístico” çərçivəsində təşkil etdiyi xüsusi tədbirdə ATB nümayəndəsi Azərbaycanın tarixi, mədəni irsi və müxtəlif turizm imkanları barədə təqdimatla çıxış edib.

50-ci dəfə keçirilən “Tianguis Turistico” Meksika və ümumilikdə Amerika qitəsinin ən nüfuzlu turizm tədbirlərindən biri hesab olunur. Platforma qlobal turizm sənayesinin nümayəndələrini, dövlət qurumlarını, aviaşirkətləri və beynəlxalq təşkilatları bir araya gətirir.

Azərbaycanın tədbirdə iştirakı ölkəmizin beynəlxalq turizm əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və turizm potensialının Amerika bazarında daha geniş tanıdılması baxımından əhəmiyyət daşıyır.

Meksika vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan ABŞ ilə kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib

Next

MM DGK-nın səlahiyyətlərinin genişləndirilməsini I oxunuşda qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved