Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama
MANŞETÖZƏL

“MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama

30 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının keçiriləcəyi tarixlərin elan olunmasından sonra minlərlə işsiz namizəd üçün əsas suallardan biri də məhz budur. Müəllim olmaq istəyən, xüsusilə rayon və kənd yerlərində yaşayan on minlərlə gənc üçün 60 AZN qeydiyyat haqqı kifayət qədər ciddi məbləğ sayılır.

Maraqlıdır, belə olan halda Elm və Təhsil Nazirliyi və MÜTDA bu problemi necə həll etməlidir ki, həm resurslar səmərəli istifadə olunsun, həm də müəllim olmaq istəyən gənclərin qarşısında maddi maneə qalmasın?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Paraqraf.com”a bildirib ki, müəllimlərin işə qəbulu ilə bağlı bu təşəbbüs Elm və Təhsil Nazirliyi tərəfindən Milli Məclis gündəliyinə çıxarılanda sosial şəbəkələrdə də geniş müzakirələr gedirdi:

“İmtahan verəcək şəxslərin əksəriyyəti hələ müəllim deyillər. Onların işsiz olduqları halda, 60 manat onlar üçün böyük məbləğdir. Statistikalar isə onu göstərdi ki, imtahanda iştirak edəcək şəxslərin hamısı ilk dəfə müraciət edən şəxslər deyillər. Milli Məclisdə müzakirə olunaraq təsdiqlənmiş 60 manatlıq ödəniş ilk dəfə imtahan verən şəxslərə şamil edilməyəcək. Bu qərar sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır.

Əlavə xərclər ortaya çıxdığı üçün Elm və Təhsil Nazirliyi belə neqativ halların qarşısını almaq üçün müraciət edib imtahanda iştirak etməyənləri çəkindirmək məqsədilə bu addımı atıb. Hər il müraciət edən şəxslərin arasında 5-10 min insan imtahana gəlmir. Bu isə əlavə xərclər yaradır”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu gün ehtiyatda olan polkovnik Elmar Hüseynovun doğum günüdür

Next

Ekspert: “Qeyri-neft sektoruna investisiyalar artırılarsa, iqtisadi dayanıqlıq güclənər”

Copyright 2026— Praqraf.com. All rights reserved