Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır
MANŞETÖZƏL

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda turizm sektorunda qiymət artımı həm yerli turistlərin, həm də ölkəyə gələn qonaqların ən çox narazı qaldığı məsələlərdən birinə çevrilib. Xüsusilə hotellərdə gecələmə xərclərinin yüksəlməsi, nəqliyyat xidmətlərinin bahalaşması və restoran qiymətlərinin yüksək olması tez-tez müzakirə olunur. Bəzi hallarda bu artımın mövsümi tələbatla bağlı olduğu bildirilsə də, digər tərəfdən süni qiymət şişirtməsi ilə bağlı iddialar da gündəmdə qalır. Ekspertlər qeyd edirlər ki, bazarda rəqabət mühiti, xidmət keyfiyyəti və dövlət nəzarəti qiymətlərin formalaşmasına birbaşa təsir göstərir.

Turizm eksperti Ceyhun Aşurov “Paraqraf.com” -a açıqlamasında bildirib ki, Azərbaycanda hotel və restoran qiymətləri beynəlxalq bazarla müqayisədə o qədər də yüksək deyil:

“Əsas problem nəqliyyat xərcləridir. Xüsusilə ölkəyə gəlmək üçün təyyarə biletlərinin qiymətləri kifayət qədər bahadır. İnsanlar səyahət planlaşdırarkən ilk növbədə ümumi xərclərə baxırlar. Əgər aviabiletlər daha əlçatan olsa, turistlər seçdikləri istiqamətə daha rahat səfər edə bilərlər. Azərbaycanı Türkiyə və Gürcüstanla müqayisə etdikdə görürük ki, hotel və restoran qiymətləri rəqabətlidir, lakin bunu uçuş xərclərinə aid etmək mümkün deyil. Bahalı biletlər turistlərin ölkəyə gəlməsini çətinləşdirir”.

Ekspert əlavə edib ki, mövsümə uyğun qiymət dəyişiklikləri normal haldır:

“Rəsmi statistikaya görə, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub. Bu ilin ilk üç ayında da təxminən 5 faizə qədər enmə qeydə alınıb. Regionda baş verən hadisələr də xarici turist axınına mənfi təsir göstərən amillər sırasındadır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

Next

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

Copyright 2026— Praqraf.com. All rights reserved