Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026 3 minutes read
df5392e7-b5ac-498c-935e-9eef89db6bea
PAYLAŞIN:

Azərbaycan əhalisi vəsaitlərinin yarıdan çoxunu ərzaq məhsullarına xərcləyir. Belə ki, 2026-cı ilin yanvar–mart aylarında əhali pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait sərf edib. Həmin məbləğin 8 milyard 774,9 milyon manatı, yəni 50,4 faizi ərzaq məhsullarının payına düşür. Bu, əhalinin gəlirlərinin yarısından çoxunun birbaşa gündəlik ərzaq ehtiyaclarına xərcləndiyini göstərir.

Əhali niyə ərzağa bu qədər pul xərcləyir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, əhalinin ərzaq xərclərinin yüksək paya malik olması təkcə gəlir səviyyəsi ilə deyil, eyni zamanda bazarda formalaşan qiymətlərlə də sıx bağlıdır:

“Əhalinin gəlirləri ilə ərzağa xərclədiyi vəsait arasındakı əlaqə iqtisadiyyatda Engel qanunu ilə izah olunur; bu qanuna əsasən, gəlir artdıqca ərzağa ayrılan vəsaitin ümumi gəlirdəki payı (xüsusi çəkisi) azalır. Yəni yüksək gəlirli insanlar daha az yemir, sadəcə büdcələrində qida xərclərinin faizi aşağı olur. Məsələn, aylıq 500 AZN gəliri olan şəxs gəlirinin təxminən 70%-ni ərzağa sərf etdiyi halda, 5000 AZN gəliri olan şəxs bu qədər yüksək pay ayırmır, çünki əlavə gəlir daha çox qeyri-ərzaq sahələrinə yönəlir. Bu meyl ölkələr üzrə də müşahidə olunur: yüksək gəlirli ölkələrdə ərzaq xərcləri ümumi gəlirin təxminən 15–20%-ni təşkil etdiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici 70–80%-ə çatır, Azərbaycanda isə orta hesabla 54% civarındadır”.

O qeyd edib ki, bu məsələni şərtləndirən digər mühüm amillərdən biri də ərzaq istehlakının strukturunda qiymətlərin roludur:

“Azərbaycanda istehlakçılar daha çox yeməkdən deyil, nisbətən bahalı məhsullar istehlak etməkdən dolayı yüksək xərclərlə üzləşirlər. Ölkənin idxaldan asılılığı isə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur və nəticədə əhalinin büdcəsində ərzaq xərclərinin payı yüksəlir”.


Nigar Rüstəmzadə

Paraqraf.com

Loading

Visited 14 times, 14 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

OXŞAR MÖVZULAR

02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026
b5cf737b-0d2b-3b47-bed3-ffae2d967cf7_1200

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.