Viktor Orbán-ın mümkün məğlubiyyəti təkcə Macarıstan daxilində siyasi qüvvələr balansının dəyişməsi deyil, həm də Avropa siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Uzun illər hakimiyyətdə qalaraq özünəməxsus idarəetmə modeli formalaşdıran Orbanın zəifləməsi həm daxili narazılıqların, həm də xarici təzyiqlərin nəticəsi kimi gündəmə gəlir. Xüsusilə demokratiya, media azadlığı və Avropa İttifaqı ilə münasibətlər fonunda artan gərginlik bu prosesin əsas katalizatorları sırasındadır.
Bəs Orbanın məğlubiyyəti Macarıstan üçün hansı siyasi və iqtisadi dəyişikliklərə yol aça bilər?
Politoloq Zeynal Əmrəliyev “Paraqraf.com”a bildirib ki, Orbandan sonra Macarıstanın Avropa Birliyi ilə münasibətlərinin radikal şəkildə dəyişməyəcək:

“Çünki Macarıstanda formalaşmış sistem var. Macarıstan xalqının Orbana reaksiyası daha çox iqtisadi və daxili azadlıqların boğulması ilə bağlıdır. Yəni Macar xalqı Orbanın Avropa Birliyi ilə siyasətinə pis baxmır. Bu vəziyyətin seçkilərdə qalib gələn müxalifət də fərqindədir. Ancaq Macarıstan Avropa Birliyi ilə münasibətləri tənzimləmək məcburiyyətindədir”.
O qeyd edib ki, Macarıstanın Avropa Birliyindən çıxarılması məsələsi də gündəmdə idi:
“Bu baxımdan yeni Baş nazir Macarıstanın Avropa Birliyi ilə münasibətlərini qismən düzəldəcək. Lakin o, açıqlamasında Ukraynanın Avropa İttifaqına üzvlük məsələsinin dərhal həll olunacağını vurğulayaraq Orbanın siyasətini dəstəklədi. Yəni açıq şəkildə bildirdi ki, Ukrayna dərhal Avropa Birliyinə üzv ola bilməz. Bu mənada yeni hökumətin əsas niyyəti məhz iqtisadiyyatın inkişaf etdirilməsi, ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsi və paralel şəkildə mətbuatın və demokratik azadlıqların bərqərar olunması prosesi olacaq. Yeni siyasi islahatların həyata keçirilməsi planlaşdırılır. Əgər Orban parlament seçkilərində qalib gəlsə idi, Konstitusiyanı dəyişdərmək və Macarıstanı idarəetmə formasını dəyişdirərək parlament tipli Respublikadan Prezident tipli Respublikaya keçid etmək siyasəti aparmaq istəyirdi. Macarıstanda müəyyən konstitusiyan islahatlar həyata keçirilməlidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
