Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Naxçıvan Dövlət Universiteti “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
ELM VƏ TƏHSİL

Naxçıvan Dövlət Universiteti “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

08 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.

Paraqraf.com xəbər verir ki, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Farabi Hub KazNU Mərkəzində keçirilən sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı məlumat əldə edə bilərlər.

Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Açılış tədbirində keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb.

Açılış tədbirindən sonra Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev stendlərlə tanış olub. Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib.

Bununla yanaşı, səfər çərçivəsində ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm görüşlər keçirilib. Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu baş tutub.

Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb.

İmzalanan sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb

Next

Türkiyə və Azərbaycan arasında məhkəmə sahəsində fikir mübadiləsi aparılıb

Copyright 2026— Praqraf.com. All rights reserved