Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 6 saxta domen bloklanıb.
Paraqraf.com-un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Eyni zamanda 60 fişinq təyinatlı veb resurs bloklanıb və dövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
