Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 17
  • Bab əl-Məndəb riski: dünya bazarlarını bahalaşma dalğası gözləyir

Bab əl-Məndəb riski: dünya bazarlarını bahalaşma dalğası gözləyir

admin 17 Mart 2026 4 minutes read
WhatsApp Image 2026-03-17 at 16.09.37
PAYLAŞIN:

Yaxın Şərqdə gərginliyin artması fonunda beynəlxalq ticarət yollarının təhlükəsizliyi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə enerji daşımalarının böyük hissəsinin keçdiyi strateji boğazlar qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Son aylarda həm Hörmüz boğazı ətrafında baş verən hadisələr, həm də Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumları beynəlxalq nəqliyyat marşrutlarının sabitliyi ilə bağlı ciddi suallar doğurur.

Bəzi analitiklər hesab edir ki, əgər regiondakı gərginlik daha da artarsa, husilər də Qırmızı dənizdə nəqliyyatın əsas keçid nöqtələrindən biri olan Bab əl‑Məndəb boğazı üzərində təzyiqi artırmağa cəhd edə bilərlər. Bu isə dünya ticarətinin mühüm hissəsinin keçdiyi marşrutlara ciddi təsir göstərə bilər.

Maraqlıdır, əgər husilər bu strateji boğazı bağlamağa cəhd etsələr, bu addım qlobal ticarətə və regiondakı siyasi balanslara necə təsir edə bilər?

Politoloq Züriyyə Qarayeva “Paraqraf.com”a bildirib ki, əgər husilər Bab əl-Məndəb boğazında nəqliyyatın hərəkətini ciddi şəkildə məhdudlaşdırmağa və ya faktiki olaraq bloklamağa cəhd etsələr, bu addım ilk növbədə qlobal ticarət zəncirinə ciddi zərbə vura bilər:

“Çünki Bab əl-Məndəb boğazı Qırmızı dəniz vasitəsilə Süveyş kanalı ilə birləşən əsas marşrutdur və Avropa ilə Asiya arasındakı ticarətin böyük hissəsi məhz bu xətt üzərindən həyata keçirilir. Bu marşrutun təhlükə altına düşməsi yük gəmilərinin Afrika ətrafından – Ümid burnu marşrutu ilə hərəkət etməsinə səbəb ola bilər ki, bu da daşınma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırar.

Nəticədə qlobal logistika sistemində gecikmələr yaranar, enerji və digər strateji məhsulların qiymətində artım müşahidə oluna bilər və bu da dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirə bilər.

Digər tərəfdən, belə bir addım regiondakı siyasi və hərbi balanslara da ciddi təsir göstərə bilər”.

O qeyd edib ki, Bab əl-Məndəb boğazı yalnız ticarət baxımından deyil:

“Həmçinin geosiyasi baxımdan böyük əhəmiyyət daşıdığı üçün bu marşrutun bağlanması ABŞ, Avropa ölkələri və regiondakı bir sıra dövlətlərin hərbi reaksiyasına səbəb ola bilər. Bu halda, Qırmızı dənizdə beynəlxalq hərbi iştirakın artması, yeni təhlükəsizlik koalisiyalarının formalaşması və Yəmən ətrafında qarşıdurmanın daha geniş miqyas alması ehtimalı yüksələr. Beləliklə, husilərin belə bir addımı təkcə yerli hərbi taktika deyil, həm də Yaxın Şərqdə və qlobal səviyyədə güc balansını dəyişdirə biləcək strateji faktor kimi qiymətləndirilə bilər”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Next: Məktəblərdə şagird azalır: ixtisar dalğası qaçılmazdır?

OXŞAR MÖVZULAR

CdJnjn7Q6JCbgnrBd9by7V9Byna4FHMxsZMn8ccY_1200

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib

admin 04 May 2026
5C5ICD5vtiMwdYUUO0XvorgoQtzOZygw1VKyzCvF_1200

Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir

admin 04 May 2026
ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir

admin 04 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib CdJnjn7Q6JCbgnrBd9by7V9Byna4FHMxsZMn8ccY_1200

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib

04 May 2026
Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir 5C5ICD5vtiMwdYUUO0XvorgoQtzOZygw1VKyzCvF_1200

Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir

04 May 2026
İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir

04 May 2026
Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var

04 May 2026
Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb WFQH7wOXJs7N0GwrC0RZa35Rx3WFAcHfCEzgQUxN_1200

Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb

04 May 2026
Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar IMG-20260504-WA0007

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.