“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib.
Paraqraf.com xəbər verir ki, kitabın müəllifi diplomat, tarixçi-alim, Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovdur.
Təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena/Adorbayqan adlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi və sərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra baş verən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxucu kütləsinə çatdırılıb.
Təqdimat mərasimində çıxış edən müəllif kitabın elmi və tarixi əhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezisləri haqqında qonaqlara ətraflı məlumat verib.
Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib və qonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.
Paraqraf.com
![]()
