Milli Teatr Günü münasibətilə teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Ağdaş rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrının kollektivi təltif olunub.
Belə ki, milli teatr sənətinin inkişafında göstərdikləri fəal iştirak və rayonun mədəni həyatının zənginləşdirilməsindəki xidmətlərinə görə kollektiv Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon Komitəsi tərəfindən Fəxri Fərman ilə mükafatlandırılıb.
Ağdaş Xalq Teatrının kollektivi uzun illərdir ki, teatr sənətinin yaşadılması, milli-mənəvi dəyərlərimizin təbliği və tamaşaçıların estetik zövqünün formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərir.
Bu münasibətlə kollektiv üzvlərini təbrik edir, onların yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Teatr yaşadıqca mədəniyyət yaşayır!



Paraqraf.com
![]()
