Skip to content
10 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 8
  • İranda yeni dini lider müəmması – Tramp qorxusu, yoxsa daxili ziddiyyətlər?

İranda yeni dini lider müəmması – Tramp qorxusu, yoxsa daxili ziddiyyətlər?

admin 08 Mart 2026 6 minutes read
01eb0a097cc6fc12d2d7a76f05dd4a92
PAYLAŞIN:

İranın yeni ali dini liderinin seçilməsi üçün qarşıdakı 24 saat ərzində iclasın keçiriləcəyi dünən açıqlanmışdı. Bir az öncə məlumat yayılıb ki, İranın Ekspertlər Şurasının üzvü Ayətullah Məhəmməd Mehdi Mirbağeri yeni liderin seçilməsi ilə bağlı şura daxilində əksəriyyətin razılığının əldə olunduğunu bəyan edib.

Mirbağerinin sözlərinə görə, məsləhətləşmələr zamanı iştirakçıların böyük əksəriyyətinin mövqeyini əks etdirən “qəti və yekdil” rəy formalaşıb. Ancaq o bildirib ki, hazırda namizədin rəsmi təsdiqlənməsi və elan edilməsi üçün bəzi texniki maneələrin aradan qaldırılması prosesi gedir. Yeni liderin adının məxfi saxlanılması təəccüb doğurur.

Bundan əvvəl keçmiş dini liderin oğlu Müctəba Xameneinin yeni lider seçildiyi barədə xəbər yayılsa da, Ekspertlər Şurası təkziblə çıxış edib.

Bəzi mənbələrə görə, SEPAH Müctəba Xameneini qorumaq üçün seçki nəticəsini açıqlamır. Bir sıra media orqanları Əli Xameneinin oğlu Müctəba Xameneinin son hücumlardan birində yaralandığı barədə məlumat yayıb.

“Əl Həds” televiziya kanalı yaydığı məlumatda bildirib ki, Müctəba Xamenei hücumlardan biri zamanı hədəfə alınıb və yaralanıb. Bununla belə, həmin media onun sağ olduğunu vurğulayıb, lakin səhhətinin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Eyni zamanda regionun bəzi digər media qurumları da müxtəlif mənbələrə istinadən bu xəbəri işıqlandırıblar. Lakin indiyədək İranın rəsmi qurumları bu məlumatla bağlı hər hansı reaksiya verməyiblər.

Günaz.tv bildirir ki, Müctəba Xamenei son illərdə İranın hakimiyyət strukturunda təsirli fiqurlardan biri hesab olunur və onun gələcəkdə ali rəhbərlik vəzifəsinə mümkün namizədlərdən biri olduğu tez-tez qeyd edilir. Amma nədənsə onun dini lider seçilməsi gecikir.

Hələ 2024-cü ildə Seyid Əli Xamenei yeni dini liderin seçilməsi istiqamətində təşəbbüs göstərmiş, onsuz da bir gün veriləcək bir qərarı tezləşdirməyi məsləhət görmüşdü. O zaman xəstə olduğu bildirilən dini liderin oğlunun adı hallandırılırdı. Ancaq ayətullahların ona münasibətinin birmənalı olmadığı bildirilir. Bununla yanaşı, ABŞ və İsrailin yeni dini lideri də aradan götürəcəyi qorxusu da qərarın açıqlanmasını gecikdirə bilər. Tramp bu günlərdə demişdi ki, o, Venesueladakı hakimiyyət dəyişikliyində iştirak etdiyi kimi, İranda da dini lider seçkilərində iştirakda maraqlıdır.

Hər dəfə anons edən İran bu dəfə dini liderini nəhayət, elan edə biləcəkmi? ABŞ və İsrailin öldürəcəyi qorxusu, yoxsa İran daxilində ziddiyyətlər buna mane olur?

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, İrandakı durum qeyri-müəyyəndir, ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil:

“Misal üçün, İran prezidenti Məsud Pezeşkian bildirir ki, bundan sonra qonşu ölkələrə raket və dron atmayacaqlar və indiyə qədər etdiklərinə görə üzr istəyib. Bunun üstündən bir neçə saat keçməmiş hakimiyyətdə təmsil olunan bir başqası qonşu ölkələrə zərbə endirəcəklərini vurğulayır, SEPAH-a bağlı telegram kanalları isə ümumiyyətlə, ölkə başçısının üzrünün əhəmiyyət kəsb etmədiyini yazırlar.

Fikrimcə, hazırda İran SEPAH generallarının nəzarətindədir. Çünki ölkənin faktiki rəhbəri öldürülüb, yenisi barədə səhih məlumat yoxdur, prezidentin isə səlahiyyəti yoxdur. Müharibə aparan ölkə hərbçi generalların nəzarətinə keçib. Bu isə İrana daha böyük təlatümlər vəd edir. Çünki həmin generallar alovu qonşu ölkələrə yaymağa çalışırlar. Qonşu ölkələr isə uzun müddət buna seyrçi qalmayacaqlar”.

Elxan Şahinoğlu qeyd edib ki, Müctəba Xamenei ətrafında qeyri-müəyyənlik də davam edir:

“Onun gah ali dini lider seçildiiyi, gah da bombardmanlar nəticəsində yaralandığı xəbərləri yayılıb. Əgər onun yaralandığı xəbərləri doğrudursa, ali rəhbər seçilməsi şübhə doğurur. Çünki ağır müharibə şəraitində olan ölkəyə çevik lider lazımdır. Ümumiyyətlə, hazırda İranda ali dini lider vəzifəsi ən qorxulu kürsüdür. Çünki yeni ali dini lider seçilən kimi İsrail və ABŞ onu da neytrallaşdırmağa çalışacaq. Yeni seçilən ali dini liderin sağ qalmaq şansı yalnız onun mövcud reallıqları qəbulundan keçir. Geosiyasi reallıq isə budur ki, İran müharibədə qələbə qazana bilməyəcək, ölkənin hərbi, iqtisadi və sosial infrastrukturu dağıdılır. İrana qarşı quru əməliyyatı ehtimalı da gündəlikdədir, üstəgəl, daxildə xaos yaşana bilər. Bütün bunlar yeni ali dini liderin müharibəni dayandırmaq üçün fərqli qərar verməsini diktə edir. Ancaq hələ ki, İranı idarə edənlər müharibəni davam etdirmək əzmindədirlər. Halbuki ölkənin hərbi resursları tükənmək üzrədir”.

E.Paşasoy

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanla sülhə “YOX”? – SORĞU
Next: Mehriban Əliyevadan 8 Mart paylaşımı – FOTO

OXŞAR MÖVZULAR

-563ca5e0172806873671003930510153963

Nigar Məmmədova: “Azərbaycan enerji təhlükəsizliyində strateji mərkəzə çevrilir”

admin 09 Mart 2026
1737201750_1737201084_elcin_mirzebeyli_1727362533-1

Xalq 700 manatla, deputat 7 minlə: “Bu artım nə qədər ədalətlidir?” – ŞƏRH

admin 09 Mart 2026
IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

admin 09 Mart 2026

XƏBƏR LENTİ

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi – VİDEO tahir-imanov

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi – VİDEO

09 Mart 2026
Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO 1773067904214315882669aede805d048

Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO

09 Mart 2026
AAAF Park 20 min manat cərimələndi 1773049639131624451969ae9727b0c31

AAAF Park 20 min manat cərimələndi

09 Mart 2026
Nigar Məmmədova: “Azərbaycan enerji təhlükəsizliyində strateji mərkəzə çevrilir” -563ca5e0172806873671003930510153963

Nigar Məmmədova: “Azərbaycan enerji təhlükəsizliyində strateji mərkəzə çevrilir”

09 Mart 2026
Xalq 700 manatla, deputat 7 minlə: “Bu artım nə qədər ədalətlidir?” – ŞƏRH 1737201750_1737201084_elcin_mirzebeyli_1727362533-1

Xalq 700 manatla, deputat 7 minlə: “Bu artım nə qədər ədalətlidir?” – ŞƏRH

09 Mart 2026
Dünyanı fəth edən kukla: Barbi necə yarandı? Brody-Barbie-Review

Dünyanı fəth edən kukla: Barbi necə yarandı?

09 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.