Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Tural irfan: “Ramazan ticarət ayı deyil, səxavət ayıdır”

Tural irfan: “Ramazan ticarət ayı deyil, səxavət ayıdır”

admin 05 Mart 2026 2 minutes read
IMG-20260305-WA0011
PAYLAŞIN:

İlahiyyatçı Hacı Təyyar Hüseynli Ramazan ayında təşkil olunan iftar süfrələri ilə bağlı diqqətçəkən açıqlama verib. O, xüsusilə israfçılıq xarakteri daşıyan və ehtiyacdan artıq təşkil olunan dəbdəbəli süfrələrin dini baxımdan doğru olmadığını bildirib. Onun sözlərinə görə, Ramazan ayının mahiyyəti təvazökarlıq, paylaşmaq və ehtiyac sahiblərini düşünməkdir.

Maraqlıdır, Ramazan ayında qurulan dəbdəbəli və israfla müşayiət olunan iftar süfrələri günah sayılırmı?

İlahiyyatçı Tural İrfan “Paraqraf.com”a bildirib ki, Ramazan ticarət ayı deyil, səxavət ayıdır:

“Bu ayda mümkün qədər imkanlı adamlar imkansızlara maddi və mənəvi dəstək ola bilərlər. Bəzən iftar süfrəsini israf süfrəsinə çevirirlər. Təvazökarlıq və pəhrizkarlıq ayını yemək və bordaq ayına çevirmək əsla dinin həssas, nəcib mahiyyətinə uyğun deyil. Ramazanda təmtəraqlı süfrələr açıb adını iftar qoyurlar. Kasıb və miskin adamları deyil, tox və varlı adamları da çağırıb qonaqlıq verirlər. Qətiyyən belə şeylər yolverilməzdir. Sadə, şöhrətdən uzaq süfrələr açılmalı, əsasən də oruc tutsa da, tutmasa da, imkansız adamları dəvət etmək lazımdır. Cürbəcür yeməklərlə zəngin süfrələr açıb imkanlı adamları da yığıb bordaq etmək vəhşilikdir. Bu normal insana xas davranış deyil. Belə şeyləri dinlə əlaqələndirmək də dinə qarşı təhqirdir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ukraynanın Bakıdakı səfirliyi İranın Azərbaycana hücumunu pisləyib
Next: Küveyt İranın Naxçıvana zərbələrini pisləyib

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.